Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2019 04:32
Bakı. Trend:
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
Trend xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda “Linfild”lə üz-üzə gələcək.
Şimali İrlandiya çempionu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Monteneqronun “Sutyeska” komandasını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin