Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qazağın yeddi kəndi və Kərki qaytarılacaq” - Millət vəkili

“Qazağın yeddi kəndi və Kərki qaytarılacaq” - Millət vəkili

Tarix: 9 Avqust 2021 12:15

Qazaxın 7 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı Ermənistan parlamentində qapalı müzakirə aparılıb. Erməni deputat Anna Qriqoryan iclas zamanı rəsmi İrəvanı bu mövzü ilə bağlı ictimayəti aldatmamağa çağırıb. Bu barədə Ermənistan mətbuatı parlamentdəki mötəbər mənbəyə istinadən xəbər yayıb. Anna Qriqoryan öz çıxışı zamanı Ermənistan hakimiyyətinin Naxçıvanın Kərki, Qazağın Yuxarı və Aşağı Əskipara da daxil olmaqla, 7 kəndi, o cümlədən Xinzirək kəndlərinin Azərbaycanın nəzarəti altına vermək istəyini açıqlayıb.

"Belə bir sənədin artıq imzalandığı bildirilir. Gələcəkdə İrəvanın bütün Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyacağı da istisna olunmur. Ermənistan ictimaiyyəti Əskipara məsələsi ilə bağlı suallar içindədir. Xalqa artıq hər şeyi düz danışmağın vaxtıdır", - deyərək o bildirib. Kərki ilə bərabər, Qazağın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycanın eksklavlarıdır.

Sonxeber.net xəbər verir ki, millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "sherg.az"a açıqlamasında məsələyə münasibət bildirdi: "Son hadisələr onu deməyə əsas verir ki, nəinki Qazağın yeddi kəndi və Kərki qaytarılacaq, hətta digər məsələlər də həllini tapacaq. Çünki yeni geosiyasi vəziyyət yaranıb. Düzdür, Ermənistan hakimiyyəti, ola bilsin, bunu qəbul etmək istəmir. Zaman-zaman təxribatlar törədir, bəyanatlar verir. Lakin artıq "sular durulur". Daxildə də reallıqları görür və başqa variantlarının olmadığını anlayırlar. Ermənistanın gələcəyi Azərbaycanla normal münasibətlərdən asılıdır". 


Etiketlər:  Qazağın yeddi kəndi Kərki qaytarılacaq Millət vəkili


RƏYLƏR