Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”da daha bir ciddi itki

“Barselona”da daha bir ciddi itki

Tarix: 9 Avqust 2021 20:00

"Barselona"nın argentinalı yeni transferi Serxio Aqueronun zədəsi ciddidir və hücumçu təxminən 10 həftəyə yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Mançester Siti"nin keçmiş futbolçusu ötən mövsüm zədə səbəbindən İngiltərə Premyer Liqasında cəmi 12 oyuna çıxa bilib.

Serxio Aquero bu ilin 31 may tarixində Kataloniya klubu ilə iki illik müqaviləyə imza atıb.

Xatırladaq ki, bir neçə gün öncə komandanın əfsanəvi oyunçusu Lionel Messi "Barcelona" ilə yollarını ayırıb. 

Milli.Az


Etiketlər:  Barselonada daha ciddi itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ