Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 07:42
Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya göz açan körpə nə qədər çox ana südü ilə qidalanarsa, bir o qədər də immuniteti yüksək olar. Ana südündən kəsildikdən sonrakı dövrlərdə ən azı 10 yaşına kimi uşağın qidalanması onun həyatında mühüm rol oynayır.
Sizlərə uşaqlarınınzın immunitetinin yüksək olması üçün lazım olan qidalar barədə məlumatlar vermək istəyirəm:
1. Uşağınızın immun sistemini gücləndirən meyvə və tərəvəzlərdən çox istifadə edin. Ən çox tərkibində D və C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə edin. Bunlara ispanaq, kələm, portağal, kərəviz, brokkli kələmi, pazı, turp və s. aiddir.
2. Uşaqlarınıza Omeqa-3 yağı ilə zəngin qidalar yedirin. Bu qidalara dəniz məhsulları aiddir. Çalışın uşağınız ən azı həftədə 1 dəfə balıq əti yesin.
3. Uşağınızın orqanizminin müdafiə gücünü artırmaq istəyirsinizsə, ona A, C, E, D vitaminləri ilə zəngin təbii qidalar yedirin.
4. Uşağınızın qidasında narıncı və tünd yaşıl rəngdə olan meyvə-tərəvəzlərə üstünlük verin.
5. Uşağınızın C vitamini ilə qidalanmasına üstünlük verin. C vitamini orqanizm üçün gündəlik tələbat olan vitaminlərdən hesab edilir.
6. Uşağınızın sağlam böyüməsi üçün onun orqanizminin sink mineralına da ehtiyacı böyükdür. Sink mineralı dəri və saçların sağlamlığı üçün ən vacib olan minerallardam hesab edilir.