Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 21:15
Sistem qırmızı qurd eşənəyi ağır autoimmun xəstəliklərdən olub, hən uşaqlıq və gənc yaşlarında, həm də orta yaşda tədricən və ya qəfildən yarana bilər. Daha çox qadınlarda rast gəlinən bu xəstəlik son zamanlar çoxalıb. Əvvəllər nadir halda diaqnoz olunardı.
Təxminən bu halların 15%-ində uşaqlarda xəstəlik yaranır və əsasən 12 -14 yaş arasında meydana gəlir.
Eyni yumurta əkizlərinin 30-60% və fərqli yumurta əkizlərinin isə 2-5%-də eyni xəstəlik yarana bilər.
Xəstəlik gizli başlayır, səbəbi məlum deyil, konkret tam müalicəsi yoxdur.
Bu insan immunitetinin anormallığı, özü-öz hüceyrələrinə düşmən kəsilməsidir.
Sonxeber.net medicina.az-a istinadən sistem qırmızı qurd eşənəyinin əlamətlərini təqdim edir:
Yüngül formada - xəstədə ümumi yorğunluq, halsızlıq, oynaq-əzələ ağrıları, oynaqlarda şişmə, mialgiya ağrıları, plevrit, qızdırma, arıqlama, dəridə səpkilər, qanda yüngül dəyişikliklər olur.
Ağır formada -böyrəklərin, mərkəzi sinir sistemi, ürək və ağciyərlərin zədələnməsi, qanda ciddi dəyişikliklər baş verir.
Bu xəstələrin bədənində, əsasən də üzündə burun ətrafı spesifik bir simptom olur: üzdə iri kəpənək formasında qızardı və səpki yaranır. Sanki xəstənin üzü alışıb yanır.
Xəstələrin 20-40% də ağciyərlərdə plevrit, böyrəklərdə pielonefrit yaranır.
Ən geniş yayılmış nevroloji simptom baş ağrısıdır. Xəstədə ümumiləşdirilmiş və ya fokal epileptik tutmalar ola bilər
Onlar depressiv, nevroz, təşviş içində ola bilər.
Venalar və limfa düyünləri genişlənir.
Qadında ağrılar, həzmsizlik, ürəkbulanma baş verir.
Analizlərlə müayinəsi
Laborator analizlərdən qan ümumi, EÇS, CRZ -iltihab göstəriciləri, sidik analizi, antigenlər, autoimmun analizlər verilir. Eləcədə də qanda kreatin yoxlanılır.
Xəstələrin 20 %-də Xəstələrin 20 %-də antifosfolipid anticismləri (qurd eşənəyi antikoaqulyantı anticismi, antikardiolipin anticismi vəanti-beta-2-qlikoprotein I anticismi) olur
Xəstəni həkim revmatoloq, immunoloq müayinə etməlidir.
Müalicəsi
Xəstəlik tam müalicə olunmur, xəstəliyin ağırlaşmasının qarşısının alınmasına və simptomların azaldılmasına yönəlir. Bu xəstələr gündə qaralmaq, dəniz kənarı, günəş işığı, fiziki yorğunluq və sulfanilamiddən uzaq durmalıdır.
İmmunosupressiv preparatlarla xəstə nəzarətdə saxlanılır.
Bu xəstələrdə xəstəlik və müalicədən sümüklər əriyə, anemiya yarana bilər. Ona görə bu göstəricilər tez-tez yoxlanmalıdır.
Sistem qırmızı qurd eşənəyindən əziyyət çəkən gənc qızlar ailə qura bilər, hamiləlik də mümkündür, lakin düşük və erkən doğuş riski 2-3 dəfə çoxdur. Riskli hamiləlik hesab edilir.