Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvəni əvəz edən içki - Şəkərə və təzyiqə xeyirdir

Qəhvəni əvəz edən içki - Şəkərə və təzyiqə xeyirdir

Tarix: 10 Avqust 2021 22:45

Çİkoriy - qədim dövrdən məlum olan və hazırlanan içkidir. Hələ qədim Misirdə fironlar onu şirələrə qatıb içərdilər.

Hazırda isə rəngi də, quruluşu də qəhvəyə bənzər Çİkoriy içkisi qəhvə içənlər üçün sağlam əvəzedicidir. Bu içkidə qəhvənin yaratdığı əlavə təsirlər olmur və o müalicəvidir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkimlər çikorinin yüksək təzyiqi saldığı, qanda şəkəri azaltmağı, qatı qanı durulaşdırması barədə açıqlama verib.

Çay və qəhvənin zərərli olduğu xəstələr məhz çikoriy içə bilər.
Çikoriydə kofein yoxdur, ona görə o təzyiqi qaldırmır.

Əksinə onu normallaşdırır.
Bu içki yumşaq sidikqovucudur, təzyiqi salmağa kömək edir.

Ürək ritmi pozulmasında da çikoriy faydalıdır.

Diabet xəstələri üçünsə bu içki dərmandır. Çünki onda çox miqdar inulin var ki, bu da dadına görə şirindir. Lakin o, qanda şəkəri qaldırmır. II tip diabetdə çikoriy qanda şəkəri normallaşdıra da bilər.

İnulin həm də bağırsaqdakı faydalı bakteriyalar üçün yaxşı qidadır və onları çoxaldır. Ona görə də, mikrofloranı bərpa etmək üçün də disbakteriozda çikoriy içmək lazımdır.


Etiketlər:  Qəhvəni əvəz edən içki Şəkərə təzyiqə xeyirdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ