Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi

Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi

Tarix: 11 Avqust 2021 00:18

Bu ilin fevral ayında tutduğu vəzifədən azad olunan təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib. 

Milli.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal Rayon Məhkəməsinə şikayət olunub.

Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır. 

Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib.

Qeyd edək ki, M.Vəliyeva bu ilin fevralında vəzifədən azad edilib. Təhsil Nazirliyi onun səhhətində yaranan problemlərə görə işdən ayrıldığını bildirsə də, yerli media Vəliyevanın hicab taxdığı üçün vəzifədən uzaqlaşdırıldığını yazmışdı.


Etiketlər:  Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ