Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 01:34
Son dövrlər fırıldaqçılıqla ödəniş kartlarını ələ keçirmək istəyənlərin sayı artıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Banklar Assosiyasından verilən məlumata əsasən, maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq, kartlarda olan məbləğin ələ keçirilməsi üçün fırıldaqçılar yeni üsullara əl atırlar. İstifadəçilərə bankların adından zəng edərək müxtəlif əməliyyatlar keçirəcəklərini bildirir, daha sonra kart məlumatlarını əldə edirlər. Banklar Assosiasiyasının koordinatoru Aytac İsmayılovanın sözlərinə görə, banklar heç vaxt ödəniş kartlarının məlumatlarını yeniləməklə bağlı vətəndaşa zəng edərək məlumat əldə etmirlər.
Aytac İsmayılova bildirib ki, Assosiasiya tərəfindən banklara vətəndaşları məlumatlandırmaları üçün mütəmadi xəbərdarlıqlar edilir. Kartdan köçürmə etmək üçün kartın üzərində olan tək 16 rəqəm kifayət edir.
Həmçinin vətəndaşlar kart məlumatlarının əldə edilməsi halları ilə rastlaşarlarsa həmin an bankla əlaqə saxlamalı, kartlarının istifadəsini dayandırmalıdırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: