Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" AEL-ə qalib gəlib pley-offa yüksəldi - YENİLƏNİB

Tarix: 12 Avqust 2021 22:00

21:57

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu


20:00. "Qarabağ" (Azərbaycan) - AEL (Kipr) - 1:0
Qol: Kadi, 87
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:1

20:11

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu


20:00. "Qarabağ" (Azərbaycan) - AEL (Kipr) - 0:0 (Birinci hissə)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:1

AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller

Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panaqiotis Kuriakou, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis,  28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 17. Panadero Zamora, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı,  28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev

09:00

Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qarabağ" bu gün növbəti avrokubok matçına çıxacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

Qurban Qurbanovun yetirmələri pley-offa çıxmaq üçün Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək. Səfərdə qollu heç-heçəyə imza atan təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda məğlub etməlidir.

Ardıcıl 8 dəfə avrokubokların pley-offunda iştirak edən "Qarabağ" doğma azarkeşlər önündə keçiriləcək qarşılaşmanın favoritidir. Cari mövsümdə uduzmayan Ağdam təmsilçisi bu görüşdə də uğurlu seriyasını davam etdirmək üçün meydana çıxacaq.

Qeyd edək ki, "Qarabağ" mərhələ adlasa, pley-offda "Aberdin" (Şotlandiya) - "Breydablik" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust

21:00. "Qarabağ" (Azərbaycan) - AEL (Kipr)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:1

Milli.Az


Etiketlər:  Qarabağ AEL ə qalib gəlib pley offa yüksəldi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ