Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy karvanı əks yola çıxıb sürücünü ölümlə üz-üzə qoydu - FOTO

Toy karvanı əks yola çıxıb sürücünü ölümlə üz-üzə qoydu - FOTO

Tarix: 12 Avqust 2021 12:04

Toy karvanında iştirak edən "Niva" sürücüləri və onlardan geri qalmayan bəy maşını yolda aləmi bir-birinə qatdı.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, 90-HH-996 nömrə nişanlı "Qalenvagen" markalı avtomobili idarə edən bəy və dostları yolda digər sürücülərin hərəkəti üçün çətinlik yaradıb. Karvana oyun çıxarmaq üçün dəvət olunan "Niva" sürücülərindən biri nömrəsiz, digəri isə xarici nömrə ilə avtomobil idarə edərək qayda pozub. Xarici nömrə ilə hərəkət edən "Niva" markalı avtomobilin sürücüsü bir anda karvandan çıxaraq qarşı yola keçib. Bu zaman həmin yolda hərəkətdə olan digər bir avtomobilin sürücüsü qəzadan yayınmaq üçün sağa manevr edərkən son anda maşını aşırmadan yoluna davam edə bilib. "Hoqqabaz"ladan heç də geri qalmayan bəy də "Qalenvagen"i sağa-sola sürərək "avtoşluq" etməyə çalışıb. Bəyin yanında kəmərsiz əyləşdirdiyi uşağın yaşının da 12 olmadığı güman edilir. Bu cür təhlükəli idarəetmə ilə onlar balaca uşağın da həyatını riskə atıblar. Ümumilikdə toy karvanının üzvləri öz zolaqları boş olduğu halda qarşı yolda hərəkət edərək həm təhlükə yaradıb, həm də yolda hərəkəti çətinləşdirib. Beləcə toy karvanının üzvləri yaratdıqları təhlükəyə və qayda pozuntusuna əhəmiyyət vermədən əylənərək qız evinə yollanıb. 

Bir zamanlar şah məclisləri təlxəksiz, indiki toylar rəqqasəsiz, karvanlar isə "hoqqabazlar"sız olmaz... Bu beyində olub oyun çıxaranlar təlxək və rəqqasə ilə eyni statusda olmağı qəbul edirsə bizə söz düşməz. 

Milli.Az


Etiketlər:  karvanı əks yola çıxıb sürücünü ölümlə üzə qoydu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ