Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz xəttinin yanında zibil yandırdılar - FOTO

Qaz xəttinin yanında zibil yandırdılar - FOTO

Tarix: 12 Avqust 2021 14:30

Sosial şəbəkələrdə NZS qəsəbəsində qaz xəttinin yaxınlığında zibillərin yandırılmasıyla bağlı foto paylaşılıb. Şəkli jurnalist Pərviz Həşimi paylaşıb. 

Bildirilir ki, həmin yerə 1 metr məsafədə zibil yeşiklərinin qoyulmasına baxmayaraq, tullantıların qaz borusunun yanında yandırılması təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması deməkdir. Hadisənin bu gün səhər saatlarında qəsəbənin Pivə zavodu yaxınlığında yerləşən ərazisində baş verdiyi bildirilir.

Milli.Az bildirir ki, "Qafqazinfo" məsələ ilə bağlı "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevlə əlaqə saxlayıb. O qeyd edib ki, ümumiyyətlə, bütün hallarda zibil qutularını qaz xətlərinin keçdiyi ərazilərdə və onun yaxınlığında quraşdırmaq qətiyyən olmaz: "Həmin qaz xəttinin yaxınlığında da zibil yeşikləri qoyulub. Digər tərəfdən isə zibillər yandırılıb. Bu məsələnin nə qədər təhlükəli olduğunu biz bütün rayonların Mənzil Kommunal Təsərrüfat İdarələrinin rəhbərliyinə çatdırmışıq. 

"Azəriqaz" İB olaraq bu məsələdən xəbər tutan kimi hadisə baş verən yerə öz əməkdaşlarımızı yönləndirdik. Hazırda işçilər oradadır. Çağırış edirik ki, belə hallara yol vermək olmaz. Qaz elə bir təhlükəli yanacaqdır ki, onun odla təması ərazi üçün çox böyük fəsadlar törədə bilər. Əgər vətəndaşlar qanunsuz olaraq hansısa zibil qutularının yerini dəyişirsə və orada yanğınlar baş verirsə, bu kimi halların qarşısı da təcili olaraq alınmalıdır. Sakinləri daha ehtiyatlı olmağa səsləyirik".

Milli.Az


Etiketlər:  xəttinin yanında zibil yandırdılar FOTO


RƏYLƏR