Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 16:32
Bakıda avtoxuliqanlıq hərəkətləri edən və Dövlət Yol Polisi İdarəsinin həyətinə daxil olaraq DYP maşınlarının videosunu çəkib qərəzli ifadələr işlədən sürücü həbs edilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sonxeber.net-a məlumat verib. "Paytaxtın müxtəlif küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edən sürücünün görüntülərinə baxış keçirilərkən fakt öz təsdiqini tapıb. Törətdiyi inzibati xətaya görə sürücü 31 yaşlı Məmmədov Aslan Vaqif oğlunun barəsində toplanılmış materiallar aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib".
Vaqif Əsədov qeyd edir ki, dünən keçirilən məhkəmə zamanı sürücünün səmimi peşmançılığı və ailə vəziyyəti nəzərə alınmaqla yüngülləşdirici hal kimi 7 gün müddətinə inzibati qaydada həbs və nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması qərarı verilib.