Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin absesi

Beyin absesi

Tarix: 12 Avqust 2021 22:45

Beyin absesi beyin içərisində yerləşmiş və birləşdirici toxuma kapsulu ilə əhatə olunmuş məhəlli irinləmədən ibarətdir.
Səbəbləri:
Beyin absesi çox vaxt kəllə travmasından, daxili və orta qulağın, burun boşluqlarının, ağciyərlərin irinli proseslərindən və irinli yaradan mikrobların qan vasitəsilə beyinə daxil olmasından törəyir. Ən çox otogen absesə təsadüf olunur. İrinin beyinə sirayət etməsi ilə əlaqədar olaraq, ilk növbədə irinli ensefalit meydana çıxır.
Simptomları:
Abses çox vaxt beynin gicgah, alın paylarında və beyincikdə yerləşir. Xəstəliyin əlamətləri absesin həcmindən və yerləşməsindən asılı olur. Ümumi infeksion əlamətlərindən temperaturun yüksəlməsi, leykositoz, EÇS-in artmasını göstərmək olar. Beyində irin toplanmağa başladıqda xəstənin ümumi vəziyyəti ağırlaşır, üzünün dərisi solğunlaşır, xəstə arıqlayır. Abses kapsul ilə örtülməyə başladıqda temperatur subfebril olur, arabir kəskinləşir. Bu zaman beyindaxili təzyiq artır, nəticədə başağrısı, öyümə, qusma olur. Xəstənin psixikası pozulur, bradikardiya, umumi zəiflik yuxululuq və epileptik cəngolmalar, göz dibində durğunluq qeyd olunur. Bəzən beyində abses partlayır, irin subaraxnoidal boşluqlara və onurğa beyinə axa bilir.
Müalicəsi:
Kəskin dövrdə antibiotiklər, sulfaniamidlər, sidikqovucu dərmanlar işlədilir.
Bəzən kapsulda olan absesi cərrahi yolla kəsib götürmək lazım olur.


Etiketlər:  Beyin absesi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ