Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Babayev Türkiyədə müalicəsini tamamlayaraq Azərbaycana qayıdıb

Arif Babayev Türkiyədə müalicəsini tamamlayaraq Azərbaycana qayıdıb

Tarix: 13 Avqust 2021 14:06

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb.

Milli.Az report-a istinadən bildirir ki, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır. Yenə də müalicəsi davam etdirilir, dərmanlar qəbul edir".

Y.Babayev deyib ki, bu müddətdə sənət dostları və tələbələri Xalq artistini tək buraxmayıb, tez-tez onu ziyarətə gəliblər.

Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Arif Babayev müalicə üçün Türkiyəyə aparılmışdı.

Milli.Az


Etiketlər:  Arif Babayev Türkiyədə müalicəsini tamamlayaraq Azərbaycana qayıdıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ