Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 14:54
Ehtiyatda olan baş leytenanta əlillik verilməsindən imtina edilməsi xəbəri əsassızdır
"Sosial şəbəkə səhifəsində ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna guya əlillik verilməsindən imtina edilməsi barədə yayılan məlumat əsassızdır".
Sonxeber.net bildirir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.
"Nə onun özü, nə də aidiyyəti qurumla dəqiqləşdirilmədən belə həqiqətdən uzaq məlumat payaşılması media prinsiplərinə və peşəkarlığına ziddir. Vətən müharibəsində yaralanmış Yusif Dəmirov əlilliyinin qiymətləndirilməsi üçün ilk dəfə müraciət edir. Bu müraciətlə bağlı da dərhal müvafiq işlər aparılır, onun əlilliyinin hərbi səbəblə əlaqələndirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən şəhadətnamə də yaxın günlərdə təqdim olunacaq. Həmin sənəd əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Yusif Dəmirovun əlilliyin qiymətləndirilməsi yaxın günlərdə aparılacaq. Yusif Dəmirov özü də onun əlilliyin qiymətləndirilməsi ilə bağlı heç bir narazılığının olmadığını bildirib"- deyə qurumdan bildirilib.