Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin vaksinləri delta ştammına qarşı effektivdir - Nanşan

Çin vaksinləri delta ştammına qarşı effektivdir - Nanşan

Tarix: 14 Avqust 2021 15:15

Çin istehsalı olan COVİD-19 peyvəndləri yeni növ koronavirusun daha təhlükəli ştammı olan deltaya qarşı effektivdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çində COVİD-19 xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan bildirib.

Ekspert deyib ki, Çinin Quandun vilayətində də aşkarlanan delta ştammının inkubasiya dövrü daha qısa, yoluxan şəxslərin sağalma dövrü isə daha uzundur. Çinin baş epidemioloqu kütləvi immunitetin yaranması üçün ölkə əhalisini daha sürətlə peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVİD-19 infeksiyasının Delta ştamı artıq dünyanın 100-ə yaxın ölkəsində yayılıb. Bu ştamın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.

Çində əhalinin COVİD-19 virusuna qarşı vaksinasiyası sürətlə davam edir. İndiyədək 1,16 milyard doza peyvənd vurulub. Çinin səlahiyyətli qurumları kütləvi immunitetin yaranması üçün ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Milli.Az


Etiketlər:  Çin vaksinləri delta ştammına qarşı effektivdir Nanşan


RƏYLƏR