Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 18:25
"Bizim evimizdə bir ənənə var - Novruz bayramında çərşənbə axşamı həyat yoldaşımla stolun başında otururuq, 41 ildir bir qabdan yemək yeyirik. Sonra stoldan dururam ki, balalarım da öz həyat yoldaşları ilə bir qabdan yesin. Bir qabdan yeməlisən ki, uzunömürlü olsun".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Səhər mərkəzi" verilişində deyib. Müğənni ailəsindən bəhs edib:
"Valideynlərim dünyasını dəyişəndən sonra bacı-qardaşımı başıma yığdım. Dedim ki, atamın yurdunu oğlum Kənana tapşırıram. Hamısına dedim ki, Kənan bizim ata, digər qardaşımın qızı, mənim gəlinim isə ana əvəzimizdir".