Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komadan ayılan müğənni yaddaşını itirib

Komadan ayılan müğənni yaddaşını itirib

Tarix: 15 Avqust 2021 05:40

Müğənni MakSimin komadan ayılandan sonra yaddaşında problem yaranıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu haqda onun meneceri açıqlama verib.

"MakSim ümumiyyətlə həyatında olan çox hadisələri xatırlamır. Hərdən az-az nəyisə yadına salır. Hətta məktəbinin açılışını və Kazanda olan sonuncu konsertini xatırlamadı" deyə, Yana bildirib.

Ötən gün öz istəyi ilə evə buraxılan MakSimin müalicəsi davam edir. Meneceri onun uzunmüddətli müalicənin gözlədiyini söyləyib. Müğənni gəzə bilmir, başı fırlanır, nəfəs almaqda çətinlik çəkir.

Qeyd edək ki, ifaçı 52 gün komada qalıb.
 


Etiketlər:  Komadan ayılan müğənni yaddaşını itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ