Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Melotonin hormonunun qanda miqdarını artırmaq üçün ən düzgün yol yuxu rejiminə əməl etməkdir

Melotonin hormonunun qanda miqdarını artırmaq üçün ən düzgün yol yuxu rejiminə əməl etməkdir

Tarix: 15 Avqust 2021 23:39

Melotonin orqanizmdə mövcud olan vacib hormonlardan biri və yuxuya getmənin səbəbidir. Həmin hormon düzgün ifraz olunmadıqda yuxusuzluq, depressiya, metabolik xəstəliklər yaranır, ömür qısalır. Melotonun hormonu gecə saat 11-dən səhər saat 5-ə qədər ifraz olunur.

Milli.Az bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Yuxusuzluqdan əziyyət çəkənlər, davamlı depressiyada olanlar, stresli həyat sürənlər, çox kofeinli içkilərdən istifadə edənlər və siqaret çəkənlərdə melotonin hormonunun miqdarı az olur. Onun qanda miqdarını artırmaq üçün ən düzgün yol yuxu rejimini bərpa etməkdir. Bunun üçün saat 23-dən əvvəl qaranlıq otağa keçmək və hər gün eyni vaxtda yuxunu tənzimləmək lazımdır, çünki melotonin hormonu fizioloji olaraq həmin vaxt ifraz olunur".

Psixoloqlar isə melotoninin "xoşbəxtlik hormonu" adlandırılan serotoninlə birbaşa əlaqəsi olduğunu bildirirlər, çünki mütəmadi olaraq yuxusuz qalanların enerjisi tükənir və belə olan halda onlar depressiyaya düşürlər. Həkim-terapevt deyib: "Melotonin hormonu vaxtında ifraz olunanda yuxuya gedənlər sağlam olurlar. Ona görə yatmazdan 40-45 dəqiqə əvvəl elektronikadan - televizor, kompüter və telefondan uzaq olmaq lazımdır. Onu kitab oxumaq və hər hansı məşğuliyyətlə əvəz etmək olar. Yaxud yatmazdan əvvəl açıq havada gəzintiyə çıxmaq məsləhətdir".

Melotonin ifrazı insan yaşlandıqca azalır. Ona görə də bəzən bu çatışmazlığı dərmanlarla aradan qaldırmaq məcburiyyəti yaranır.

Bəzi ölkələrdə tərkibində həmin maddə olan dərmanlar qida əlavəsi sayılır və həkim resepti əsasında satılır. Bütün hallarda melotonini süni yollarla artırmaq üçün mütləq həkim məsləhəti alınmalıdır.

Milli.Az


Etiketlər:  Melotonin hormonunun qanda miqdarını artırmaq üçün düzgün yuxu rejiminə əməl etməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ