Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 09:10
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakini, 51 yaşlı Kamal İslamov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.