Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin əfqan ağrısı başlanıb

Baydenin əfqan ağrısı başlanıb

Tarix: 16 Avqust 2021 12:09

ABŞ qoşunları Əfqanıstandan çıxandan sonra bu ölkədə baş verənlər diplomatlarla "qaynayan" Vaşinqtonda şok effekti yaradıb.

Bir sıra ABŞ ekspertləri baş verənləri prezident Co Bayden administrasiyasının böyük uğursuzluğu kimi qiymətləndirir.

Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin üzvü, respublikaçı Mayk Rocers bildirib ki, Əfqanıstanda son hadisələr Baydenin tarixi iflasıdır.

Xəbərdarlıqlara baxmayaraq, Bayden və onun vitse-prezidenti Kamala Harris ekspertlərin məsləhətlərinə qulaq asmadı.

Milli.Az bildirir ki, bu arada, sabiq prezident Donald Tramp da rəqibini sərt tənqid edib. O bildirib ki, Baydenin Əfqanıstandakı hərəkətləri Amerikanın ən böyük məğlubiyyətlərindən biri kimi tarixə düşəcək. Trampın bəyanatını Twitter-dən onun köməkçisi Liz Harrinqton yayıb, çünki Trampın özünün bu sosial şəbəkəyə girişi bağlıdır.

"Co Baydenin Əfqanıstanla bağlı elədikləri əfsanəvidir. Bu, Amerikanın tarixinə ən böyük məğlubiyyətlərdən biri kimi düşəcək", - Tramp bildirir.

Keçmiş prezident hesab edir ki, Bayden bu rüsvayçılığa görə istefaya getməlidir.

"Onun istefası özlüyündə elə də böyük iş olmayacaq, çünki onsuz da qanunsuz seçilmişdi", - Tramp qeyd edib.

Milli.Az


Etiketlər:  Baydenin əfqan ağrısı başlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ