Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda narkotik becərən şəxs saxlanılıb - FOTO

Göyçayda narkotik becərən şəxs saxlanılıb - FOTO

Tarix: 16 Avqust 2021 16:06

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi və çətənə kollarının kultivasiyası ilə məşğul olan şəhər sakini Faxrət Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən ümumi çəkisi 10 kiloqramdan artıq olan narkotik tərkibli çətənə bitkiləri, eləcə də 70 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni 3 ay öncə becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Göyçayda narkotik becərən şəxs saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ