Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 20:28
Gürcüstanda epidemioloji vəziyyət çox gərgindir və həyəcan doğurur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Respublika Xəstəxanasının kliniki direktoru, səhiyyə üzrə ekspert Devi Tabidze jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, ölkə əhalisi koronavirusun yaratdığı problemləri nəzərə almadı və bu da çox ağır nəticələrə səbəb olub.
"Biz elə düşünürdük ki, koronavirusa qalib gəldik və əhali azadlığa çıxdı. Lakin biz çox böyük səhv etdik. Bunun nəticəsidir ki, indi ölkəmizdə COVID-19 deyil, onun daha ağır formaları olan "delta" və "delta plyus" ştamları ilə üz-üzəyik. Bu viruslar daha tez yayılır və daha ağır nəticələrə səbəb olur", - deyə Tabidze vurğulayıb.
Qeyd edək ki, son sutkada Gürcüstanda koronavirusa 2 676 yeni yoluxma faktı təsdiqlənib, 4 119 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.
Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 484 min 254-ə, sağalanların sayı 425 min 651-ə, pandemiya qurbanlarının sayı isə 6 min 436-ya çatıb.