Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 04:03
Bu hormon adenohipofizin bazofil hüceyrələrində sintez edilir. Bu hormon qlükoprotein strukturlu mürəkkəb zülaldır. Onun molekulunun 15%-ini karbohidrat komponenti təşkil edir. Tirotrop hormonun karbohidrat komponentinin tərkibinə fukoza, qalaktoza, qlükozamin, qalaktozamin və asilləşmiş neyramin turşusu daxildir.
Tirotrop hormonun əsas funksiyası qalxanabənzər vəzinin strukturunun formalaşması və funksiyanın stimulyasiyası ilə əlaqədardır. Onun miqdarının qanda artması tirositlərin qanda olan yodu tutmasını və tiroqlobilinin yodlaşmasını stimulyasiya edir. Bundan əlavə hormonun təsirindən oksigen və qlükoza sərfi artır, trikarbon turşuları dövranı artır.
Tirotrop hormonu qalxanvari vəzin funksiyasını stimulyasiya etməklə RNT, DNT, zülal və fosfolipidlərin sintezini artırır və hüceyrələrin bölünmə yolu ilə çoxalmasını sürətləndirir. Qan serumunda normal halda tirotrop hormonunun miqdarının qatılığı 1-4 nq/l olur. Qanda bu hormonun yarımparçalanma dövrü 50-60 dəqiqədir.