Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol polisi maşını ilə ''ruçnoy'' çəkib avtoxuliqanlıq etdilər

Yol polisi maşını ilə ''ruçnoy'' çəkib avtoxuliqanlıq etdilər

Tarix: 17 Avqust 2021 12:54

Yol polisi avtomobili ilə avtoxuliqanlıq hərəkətləri edən şəxslər çəkdikləri videonu sosial şəbəkədə paylaşıblar.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Pantural adı ilə tanınan Tural Səfərov paylaşdığı görüntünün film çəkilişi zamanı baş verdiyini bildirib. Avtomobilin üzərindəki sayrışan işıqların kartondan, 10-YP-DYP nömrəsinin isə saxta olduğu bildirilib.

Çəkiliş zamanı hazırlanmış patrul avtomobili ilə müxtəlif təhlükəli manevrlər edilib, o cümlədən bir neçə dəfə əl əyləcindən istifadə edərək avtomobil fırladılıb.

Xatırladaq ki, reallıqda təqib zamanı polis əməkdaşları avtomobili bu cür idarə etmir. Ona görə də filmdə patrul avtomobili ilə avtoxuliqanlıq hərəkətlərinə yol verilməsi məqsədəuyğun hesab olunmur.

Milli.Az


Etiketlər:  polisi maşını ilə ruçnoy çəkib avtoxuliqanlıq etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ