Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban mübarizədə qalib gəldi və onlarla danışmalıyıq”

“Taliban mübarizədə qalib gəldi və onlarla danışmalıyıq”

Tarix: 17 Avqust 2021 23:32

"Taliban mübarizədə qalib gəldi və onlarla danışmalıyıq".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Nazirlərinin fövqəladə iclasında deyib.

O bildirib ki, əfqan xalqını dəstəkləməyə davam edəcəklər:

"Bu, Talibanı tanımaq mənasına gəlmir, onların öhdəsindən gəlmək mənasına gəlir. Talibanın insan hüquqları və BMT Təhlükəsizlik Şurası qərarlarına uyğunlaşması üçün bütün manevr güclərimizdən istifadə edəcəyik.

Aİ-nin Talibanla hər hansı bir əməkdaşlığı sülhpərvər və əhatəli bir həll yolu, qadınlar, gənclər və azlıqlar da daxil olmaqla, bütün əfqanların əsas hüquqlarına hörmət edilməsindən asılı olacaq".

Onun sözlərinə görə, Aİ vətəndaşlarının və Aİ ilə 20 ildən çoxdur işləyən əfqanların təxliyyələri prioritetdir:

"Əgər ölkəni tərk etmək istələr, onları diqqətdən kənar qoymayacağıq. Onları gətirə bilmək və Aİ-yə üzv ölkələrdə qorunmalarını təmin etmək üçün hər şeyi edəcəyik. Bu şəxsləri qəbul etməyə hazır olan İspaniyaya təşəkkür edirəm".

Borrell qeyd edib ki, sayı təxminən 400 nəfər olan sözügedən şəxslər daha sonra viza verən Aİ ölkələrinə paylanacaq.


Etiketlər:  Taliban mübarizədə qalib gəldi onlarla danışmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ