Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçə və Zəngəzura qayıdış - VİDEO

Göyçə və Zəngəzura qayıdış - VİDEO

Tarix: 18 Avqust 2021 12:56

Beynəlxalq hüquq azərbaycanlıların Qərbi Zəngəzura qayıdışını tələb edir

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Zəngəzur və Göyçə azərbaycanlılarına öz tarixi torpaqlarına qayıdış hüququ 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə tərəfindən verilir.

Bəyannamənin 13-ci maddəsində deyilir ki, hər bir insan istənilən dövləti tərk edərək öz ölkəsinə qayıda bilər. Burada ölkə sözü dövlət mənasında işlədilmir və benəlxalq praktikaya görə, ata və babalardan birinin tarixən yaşadığı ərazi kimi nəzərdə tutulur.

İndi Ermənistanın nəzarətində olan Qərbi Zəngəzurun və Göyçənin tarixən azərbaycanlılara məxsus olmasını 1828-ci ildə həmin əraziləri tam nəzarətinə götürmüş Rusiya imperiyasının arxiv sənədələri sübut edir. Məsələn, bu sənədlərə görə, 1829-cu ildə Göyçə mahalında 999 azərbaycanlı və 15 erməni aliəsi yaşayıb.

Daha qədimlərə enən Urartu və yunan qaynaqları Göyçə mahalında azərbaycanlıların 3 minillik bir keçmişinin olduğunu göstərir. Urartu dövlətində Göyçə gölünü Suuni adlandırırdılar və bu, gölün ətrafında və İrəvan çuxurunda yaşayan sak türklərinin adı ilə bağlıdır, sak torpağı deməkdir.

Yunan mənbələri bu regionda sakların təxminən 2800 ildən çox yaşadığını göstərir. Bizim eradan əvvəl 5-ci əsrdə yaşamış yunan alimi Herodot yazırdı ki, eradan əvvəl 8-ci əsrdə Qafqazı keçərək Araz çayı ətrafına yerləşmiş köçəri saklar İşquz dövlətini, yəni "Dədə Qorqud" dastanlarında adı keçən İç Oğuz dövlətini qurublar.

Bu faktın özü tarixin sonrakı mərhələlərində oğuz türkü adlandırılmış azərbaycanlıların İşquz saklarının törəməsi olduğunu göstərir. Azərbaycanın əfsanəvi qadın hökmdarı Tomiris başçılıq etdiyi saklar eradan əvvəl 6-cı əsrdə indiki İrəvan bölgəsində işğalçı Uratu ilə müharibələr aparıblar və Urartunun İrəvan ətrafında hərbi məqsədlə tikdiyi Teyşebaini qalasının dağıdıbalr. Təxminən 30 il sonra Tomiris elə orda başqa bir işğalçının - İran şahı Kirin başını kəsir. Herodot öz "Tarix" əsərində bu hadisələrdən geniş bəhs edir və həm də bildirir ki, həmin illərdə xeyli uzaqda - Fərat çayının yuxarı axarlarında, yəni indiki şimali İraqda yaşayırdılar.

Vaxtilə Zəngəzurun mərkəzi olmuş və hazırda Sisyan rayonunda yerləşən Şəki kəndinin əsası da həmin vaxt saklar tərəfindən qoyulub. Regionla tapılmış qayaüstü yazılar Zəngəzurda xristianlıqdan öncə türk runa yazılarından istifadə edildiyini göstərir. Belə qayaüstü yazılardan biri 1985-ci ildə Meğri rayonunun Nüvədi kəndinin sakini Həmzə Vəli tərəfindən aşkarlanmış Qarqadaş kitabəsidir.

Arxeologiya Zəngəzur albanlarının etnik azərbaycanlıların əcdadı olduğunu sübut edir. 1970-ci illərdə Zəngəzurun Sisyan rayonunun Urud kəndində araşdırma aparmış mərhum professor Məşədixanım Nemətova 15-ci əsrə aid qəbirüstü yazılar əsasında müəyyən etmişdi ki, regionun müsəlman azərbaycanlı əhalisi Qafqaz Albaniyası dövründə yaşamış albanların törəmələridir.


Etiketlər:  Göyçə Zəngəzura qayıdış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ