Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 13:18
Rayonun turizm imkanları qısa zamanda iqtisadi aktivliyi bərpa edəcək
"İşğaldan azad edilən Kəlbəcər rayonu iqtisadi imkanlarına görə xüsusilə fərqlənir".
Sonxeber.net bildirir ki, REAL-a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı belə deyib.
Adıçəkilən rayonun nəqliyyat-logistika nöqteyi-nəzərdən imkanlarının olduqca geniş olduğunu deyən Vüsal Qasımlı bildirib ki, Göygöl rayonu ilə Kəlbəcəri birləşdirəcək 82 km-lik yol çəkilir.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər, həm də təbii ehtiyatları və faydalı qazıntıları ilə zəngindir. Elə bu səbəbdəndir ki, rayonun aqrar sektor, ekoloji turizm və kənd təsərrüfatında kifayət qədər ciddi perspektivləri var. İstisna deyil ki, böyük turizm potensialı burada qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Bölgəyə xarici investorlarına cəlbinə gəldikdə isə...
Nəticə etibarilə, Azərbaycan Prezidentinin də söylədiyi kimi, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu da öz növbəsində, rayonun iqtisadi potensialının artırılmasına yönəlib.