Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yenidən düşməni əzməyə hazırdır - Türk general

Azərbaycan yenidən düşməni əzməyə hazırdır - Türk general

Tarix: 18 Avqust 2021 14:45

"Azərbaycanla özümüz bir, taleyimiz bir, qanımız bir, canımız bir, hər şeyimiz birdir. Bunu həm tarix göstərir, həm də bizdə yanğın fəlakəti kimi hadisələr olduğunda qardaş Azərbaycanın həmin an köməyimizə tələsməsi, Gəncəyə gecə vaxtı atılan bir ballistik raketin Türkiyədə bütün telekanallarda sanki bizə edilmiş bir terror hücumu kimi qəbul edilməsi kimi təsirlər bizim bir olduğumuzun ən böyük təsdiqidir".

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.

Türk general bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarına istənilən an cavab verə bilər:

"Bəzi vaxtlar dövlətlərin, xalqların doğmalığı çətin zamanlarda bəlli olur. Sülh, sabitlik olarkən, hər şeyin yaxşı getdiyi bir vaxtda dostluq, müttəfiqlik kəlmələrinə çox rast gəlmək olur, amma insanın dostu onun çətin günündə yanında olandır. Azərbaycan Türkiyədəki yanğınlar məsələsində bütün imkanlarını, əlindən gələni səfərbər etdi. Türkiyə höküməti də əlindən gəldiyi qədər qardaş ölkə Azərbaycanı II Qarabağ müharibəsində dəstəkləyib. 

Prezident İlham Əliyevin son açıqlamalarında diqqətimi çəkən bir neçə məsələ var. Müharibədən açıq-aşkar qalib ayrılmaq çox çətindir, xüsusilə də söhbət Qarabağ kimi çətin dağlıq relyefə malik bir ərazidən gedirsə. Qarabağ çox mürəkkəb relyefə malikdir. Belə bir ərazidə 44 günə bir müharibədən qalib ayrılmaq həqiqətən çox çətin məsələ idi. Təbii ki, 3 minə yaxın şəhidin qanı ilə sulanmış bir Zəfərdən söhbət gedir. Onun iki, üç qatı qədər də qazimiz var. Amma bu cür qələbə açığı gözlənilmirdi. Biz gözləyirdik, biz əmin idik ki, Azərbaycanın şanlı Ordusu missiyanın öhdəsindən layiqincə gələcək. Ancaq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə bir qələbəni gözləmirdilər. Bu Zəfər regionda, bölgədə yeni dönəmə, yeni mərhələyə dönüşün, keçidin başlanğıcı idi.

Artıq Azərbaycan kiçik silahlı dəstələrlə, silahlı qruplaşmalarla torpağına göz dikiləcək bir ölkə olmadığını isbat etdi. Və Prezident İlham Əliyevin son müsahibələrində söylədiklərinə əsasən deyə bilərəm ki, Azərbaycan bunu yenidən isbat etməyə hazırdır. Çünki 10 noyabr bəyanatının icra edilməməsi üçün Ermənistan tərəfindən bəzi təxribatlar törədilir. Azərbaycan Ermənistanın təhdidlərinə, təxribatlarına qarşı istənilən an cavab verə bilər, buna tam hazırdır".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan yenidən düşməni əzməyə hazırdır Türk general


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ