Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sellülitdən qurtulmağın yolu

Sellülitdən qurtulmağın yolu

Tarix: 19 Avqust 2021 08:27

Bir çox xarici saytlar və mütəxəssislər öz məqalələrində qəhvənin sellülitin qarşısının alınmasında təsirli olduğunu qeyd edir. Bəzi adamlar isə bunun əksi olaraq qəhvənin sellüliti artırdığını söyləyir. Qəhvənin sellüliti artırdığı iddiası doğru olsa da, qəhvə dənəsi və zeytun yağından hazırlanmış "pilinq" xassəli qulluq vasitəsi sellülitin  qarşısını almaqda təsirlidir. Əgər sellülitdən əziyyət çəkirsinizsə və indiyə kimi etdiyiniz bütün vasitələrin heç biri nəticə verməyibsə, onda bu qarışıqdan istifadə etməniz məsləhətdir.

Qarışığın hazırlanmasında ehtiyacınız olan ləvazimatlar bunlardır: kasa, təzə qəhvə dənəsi, 1-2 yemək qaşığı zeytun yağı. Qəhvəni döyərək toz halına gətirin. Sonra bir kasaya töküb, üzərinə zeytun yağını yavaş-yavaş tökərək qarışdırın. Alınan qarışığın tərkibindəki qəhvə dənələrinin pilinq təsiri göstərməsi üçün çox əriyib, yox olmaması  lazımdır. Sonra qarışığı sellülit olan nahiyələrinizə dairəvi şəkildə masaj edərək çəkin. 10-15 dəqiqə masaj etsəniz bəsdir. Daha sonra həmin nahiyəni streç parçayla bağlayıb 15-20 dəqiqə saxlayın. 


Etiketlər:  Sellülitdən qurtulmağın yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ