Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəlbəcərin kənd təsərrüfatının bərpası - VİDEO

Kəlbəcərin kənd təsərrüfatının bərpası - VİDEO

Tarix: 19 Avqust 2021 15:12

F.Fikrətzadə: "Kəlbəcər heyvandarlıq üçün böyük potensiala malikdir"

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərdə kənd təsərrüfatının bərpası ilə bağlı 3 istiqamətdə fəaliyyət planının icrası gözlənilir.

İşğaldan sonrakı dövrə nəzər saldıqda görürük ki, Azərbaycanda əkinçilik və heyvandarlıq, xüsusən də, yarımköçəri heyvandarlıq təsərrüfatlarına ciddi zərər dəyib. Ancaq istisna deyil ki, rayonun iqlimi və təbiəti burada kənd təsərrüfatının inkişafına imkan yaradacaq.

Bölgələrdə kənd təsərrüfatının potensialının artırılması istiqamətində müxtəlif yanaşmalar və konsepsiyalar mövcuddur ki, bunlardan başlıcası da aqroturizmdir. Kənd təsərrüfatı və turizm sektorlarının kəsişməsindən meydana gələn xidmət sahəsi olan aqroturizm üçün isə Kəlbəcər ən əlverişli bölgələrdən hesab olunur.

Sözsüz ki, indi işğaldan azad olunan Kəlbəcər rayonu üçün yeni dönəm başlayır. Rayonun bərpası, eləcə də, aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqi nəzərdə tutulur ki, bu da Kəlbəcərdə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə istiqamətləndirilib.


Etiketlər:  Kəlbəcərin kənd təsərrüfatının bərpası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ