Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 03:35
"Ən önəmli günüm mənim üçün həyat tariximə yazıldı. Hər qız kimi mən də həmin gün həyəcanlı, stressli, xoşbəxt, nigaran, sevincli, təzadlı hisslərə qapılmış idim. Dünyada baş verən vəziyyət səbəbindən yaranan məhdudiyyətlərə görə ürəyimizə yaxın olan bir çox insanları görə bilmədik o gün. Dəvət etmək istədiyim dostlar məndən inciməsin, vəziyyəti özünüz bilirsiniz".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə sosial şəbəkədə yazıb. Həmkarı İbrahim Çingizlə ailə quran sənətçi toydan sonra obyektiv qarşısına keçərək fotosessiya etdirib. Aydanın stili üzərində Elnur Həsənov çalışıb.
O, şəkillərini bölüşərək, özəl gününə istədiyi qədər dostlarını dəvət edə bilməməsindən gileylənib:
"Həmin gün "kadr arxasında" qalan insanlar var idi ki, onların əvəzsiz yardımı olmasaydı, bir çox tərəflər yarım qalardı. Təmənnasız, heç bir sərfə güdmədən, sidq ürəkdən yanımızda olan, lakin şəkillərə, videolara düşməyən insanlar oldu. hamısına təşəkkür edirəm".