Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saleh əfqan qüvvələri topladı: savaş böyüyəcək...

Saleh əfqan qüvvələri topladı: savaş böyüyəcək...

Tarix: 21 Avqust 2021 10:30

Əfqanıstanın vitse-prezidenti Əmrulla Salehin Pəncşir vilayətində Talibana qarşı müqavimət hərəkatına başlaması gözlənilən idi. Düşünürəm, bu, ilk müqavimət hərəkatı olsa da, son olmayacaq. Talibana qarşı tədricən daxildə yeni qüvvələr savaşa qalxacaq.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Əfqanıstanın vitse-prezidenti Əmrulla Salehin Taliban tərəfindən ələ keçirilməyən tək vilayət olan Pəncşirdə müqavimət hərəkatına başlamasını şərh edərkən deyib.

O bildirib ki, Pəncşirə hazırda antitaliban qüvvələri cəmlənir:

"Əmrulla Saleh Pəncşirdə Talibana qarşı ilk müqavimət ocağını yaratmış oldu. Düşünürəm, yaxın günlərdə biz Əfqanıstanın müxtəlif ərazilərində yeni-yeni müqavimət ocaqlarının yaranacağını müşahidə edəcəyik".

Ekspertin sözlərinə görə, Əfqanıstanda böyük güclər siyasi kartları yenidən paylayır:

"Taliban Əfqanıstanın böyük bir hissəsinə nəzarət edir, həmçinin taliblərin son çıxışları olduqca iddialıdır. Ancaq aydın məsələdir ki, bütün proseslər müəyyən bir ssenari üzrə gedir. ABŞ Əfqanıstandan çıxarkən bu ölkədə baş verəcək proseslərin nəticəsini yaxşı bilirdi. Yəni Talibanın hakimiyyəti ələ alması nə qədər gözlənilən idisə, Talibana qarşı ölkə daxilində müqavimət hərəkatının olacağı da gözlənilən idi. Əfqanıstanda xaosun yaranması bəzi ölkələrin marağına cavab verir, bəzilərinin isə yox. Bu da onu deməyə əsas verir ki, hazırda Əfqanıstanda siyasi kartlar yenidən paylanır".

Ekspertin sözlərinə görə, böyük güclərin maraqlarının Əfqanıstanda kəsişməsi bu ölkədə Suriya və Liviyadan daha dəhşətli daxili müharibənin başlamasına səbəb olacaq:

"Daxildə Talibana qarşı qüvvələrin sayı artıqca onu dəstəkləyən böyük güclər də prosesə müdaxilə edəcək. Misal üçün vitse-prezident Əmrulla Salehin tərəfinə keçən əfqan qüvvələrinin Britaniyanın elit Xüsusi Aviadesant Xidmətinin peşəkarları tərəfindən hazırlandığı məlumdur. Bu da ondan xəbər verir ki, artıq böyük güclərdən biri Əfqanıstandakı siyasi oyuna daxil olur..."

Milli.Az


Etiketlər:  Saleh əfqan qüvvələri topladı savaş böyüyəcək


RƏYLƏR