Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Qubada silsilə əməliyyat keçirib: saxlanılanlar var - FOTO

Polis Qubada silsilə əməliyyat keçirib: saxlanılanlar var - FOTO

Tarix: 21 Avqust 2021 16:52

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı "patı", "şüşə" adlanan narkotik tərkibli metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Milli.Az


Etiketlər:  Polis Qubada silsilə əməliyyat keçirib saxlanılanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ