Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı AÇIQLAMA

DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı AÇIQLAMA

Tarix: 22 Avqust 2021 13:22

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, Ağrel döyüşləri və Vətən Müharibəsi qazisi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

DİN-dən Sonxeber.net-a verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb:

"Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib".

Bildirilib ki, hazırda həmin müraciət əsasında araşdırma aparılır.


Etiketlər:  DİN dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ