Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 11:32
Tümendə bir müddət əvvəl baş verən dəhşətli qətl Sibir vilayətini ayağa qaldırıb.
Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, səkkiz yaşlı məktəbli Nastya Muravyovanın qətlinin araşdırılmasına Rusiyanın ən yaxşı "manyak ovçusu" polkovnik Yevgeni Karaçevçev cəlb edilib. Bu şəxs vaxtilə Rusiyanın ən məşhur manyakları - "Anqar manyakı"ı Mixail Popkov və "Tulun manyakı" Pavel Şuvalovu ələ keçirməsi ilə məhşurlaşıb.
O da qeyd edilir ki, səkkiz yaşlı məktəbli iyulun 30-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Uşağın yerini deyənə yarım milyon rubl mükafat vəd edilmişdi. Sonradan bu vəsait 1 mln. rubla çatdırılıb.
Kamran Seyidov