Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşlarının mükafatlandırılmasına 1 milyon manat ayırıb

Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşlarının mükafatlandırılmasına 1 milyon manat ayırıb

Tarix: 23 Avqust 2021 15:21

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Etiketlər:  Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılmasına milyon manat ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ