Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 20:44
PSJ-nin idman direktoru Leonardo futbolçu Neymarın komandanın məşqlərindən kənarlaşdırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, klub rəsmisi bu xəbərləri təkzib edib: "Bu, yalandır. O, zədədən bərpa olunmaq üçün fərdi qaydada məşq edir. Neymar PSJ-nin oyunçusudur, onun klubu ilə 3 illik müqaviləsi var. Bunu unutmaq lazım deyil. O, meydana qayıtmazdan əvvəl hər şeyi təhlil etməliyik".
Qeyd edək ki, Neymarın komandadan ayrılacağı iddia olunur.