Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu obyektlərə azı birinci doza peyvənd olunan şəxslər buraxılacaqlar - Ətraflı VİDEOda

Bu obyektlərə azı birinci doza peyvənd olunan şəxslər buraxılacaqlar - Ətraflı VİDEOda

Tarix: 24 Avqust 2021 13:32

Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə yalnız koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər buraxılacaqlar.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, sentyabrın 1-dən etibarən ümumiyyətlə peyvənd olunmayan şəxslərin bu obyektlərə girişi qadağan ediləcək. Hər hansı obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir.

Elşad Hacıyev deyib ki, giriş məhdudiyyəti ilə bağlı bu qayda sentyabrın sonuna qədər davam edəcək.

Onun sözlərinə görə, peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. Çünki bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində isə həbs qətimkan tədbiri tətbiq olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  obyektlərə azı birinci doza peyvənd olunan şəxslər buraxılacaqlar Ətraflı VİDEOda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ