Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 15:02
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva və digər regionlarda "Camaat ət-Tövhid vəl-Cihad" terror təşkilatının 31 üzvünü saxlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, FTX-nın Daxili İşlər Nazirliyi və "Rosqvardiya ilə birlikdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Moskva, Novosibirsk, Yakutsk, Krasnoyarsk və Kanskdə "Camaat ət-Tövhid vəl-Cihad" terror təşkilatının regionlararası strukturunun fəaliyyətinin qarşısı alınıb.
Nəticədə 31 nəfər saxlanılıb, saxlanılanlar arasında dəstənin başçıları və sıravi üzvləri olub. Məlum olub ki, saxlanılan şəxslər yeni üzvləri "verbovka" edərək Suriyaya göndəriblər, terrorçuları maliyyələşdiriblər, eləcə də onları terror aktları törətməyə çağırıblar.