Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 10:08
Ukrayna Şimal Axını-2 qaz kəmərini bloklamaq üçün Avropa şirkətlərinə sanksiya tətbiq etmək istəyindən imtina etməlidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Kiyevdəki keçmiş səfiri Stiven Payper çıxış edib.
Şimal Axını-2 layihəsinin tamamlanmasında ən böyük uduzanın Kiyev olduğunu deyən diplomat ABŞ Prezidenti Co Baydenin də bu layihənin həyata keçirilməsinə qarşı olduğunu, lakin müttəfiqlərlə münasibətləri riskə atmağa və Avropaya sanksiyalar tətbiq etməyə hazır olmadığını qeyd edib:
"Kiyev Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar mövzusunda ABŞ və AB-nin birliyini pozacaq bir yol axtarmamalıdır".