Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi – SƏBƏB

Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi – SƏBƏB

Tarix: 27 Avqust 2021 19:38

Hazırda oxunan: Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi - SƏBƏB

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo İtaliyanın "Yuventus" klubundan ayrılmağa çox yaxındır.

Milli.Az xəbər verir ki, junalist Nikola Skira 36 yaşlı hücumçunun şəxsi təyyarəsi ilə Turini tərk etdiyini bildirib.

Onun İngiltərənin "Mançester Siti" klubuna keçəcəyi gözlənilir. Daha əvvəl "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Ronaldunun komandadan ayrılmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo ötən mövsüm "Yuventus"un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

Milli.Az


Etiketlər:  Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ