Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 08:40
Ağ Evin sözçüsü Cen Psaki Kabildəki hava limanına yeni hücumlar ola biləcəyi ilə bağlı kəşfiyyat məlumatlarından danışıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında belə hücumların ola biləcəyini istisna etməyib.
"Ortada mövcud bir təhdid var və bu davam edir. Hərbçilərimiz hələ də təhlükə altındadır, ancaq həyatları xilas etmək, mümkün qədər çox insanı təxliyyə etmək üçün çalışırlar", - C.Psaki bildirib.
O əlavə edib ki, 31 avqustdan sonra Əfqanıstandakı diplomatik varlıqlarını davam etdirmək niyyətində deyillər.