Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mübahisədən sonra komaya düşən şəxs öldü

Mübahisədən sonra komaya düşən şəxs öldü

Tarix: 30 Avqust 2021 11:54

Gəncə şəhərində 3 gün öncə tanışı ilə mübahisə edən zaman yıxılaraq başı səkiyə dəyən şəxs xəstəxanada vəfat edib.

Sonxeber.net xəbər verir ki, şəhər sakini, 1983-cü il təvəllüdlü Sahib Abdullayev avqustun 27-də koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

O, avqustun 29-da xəstəxanada ölüb.

Araşdırma zamanı məlum olub ki, S.Abdullayev avqustun 27-də Gəncə şəhərində 1998-ci il təvəllüdlü Samux rayon sakini Elmar Əsgərovla əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Mübahisədən sonra komaya düşən şəxs öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ