Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edildi

Ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edildi

Tarix: 30 Avqust 2021 12:39

Azad edilmiş ərazilərdə ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib.

Milli.Az bildirir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda vurğulanıb ki, ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılmış və Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları və Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.

Milli.Az


Etiketlər:  Ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı materiallar Baş Prokurorluğa təqdim edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ