Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"la oyunlar üçün 25 futbolçu

Tarix: 16 Avqust 2019 16:28

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Şimali İrlandiyanın "Linfild"  klubu Ağdam klubu ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Devid Hili siyahıya 25 futbolçunun adını daxil edib.  Onlardan 5-i legionerdir.

Qapıçılar: 1. Roan Ferqyuson (Şotlandiya), 35. Qaret Din, 40. Aleks Mur

Müdafiəçilər: 2. Mark Stafford, 3. Ross Larkin (İrlandiya) 4. Coşua Robinson, 6. Cimmi Kalleçer, 16. Metyu Klark, 23. Rayan Makqivern, 31. Nayal Kuinn, 47. Kris Keysment

Yarımmüdafiəçilər: 8. Bastyan Eri (Fransa), 9. Cel Kuper, 12. Kerk Millar, 17. Daniel Kirns (İrlandiya), 20. Stiven Fellon, 22. Ceymi Malqryu, 27. Endryu Mitçel, 48. Tray Ham, 50. Çarli Allen

Hücumçular: 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 14. Şeyn Leyveri (İrlandiya), 15. Lokran Ford, 28. Den Reynolds

Qeyd edək ki, “Qarabağ” "Linfild"lə avqustun 22-də səfərdə, bir həftə sonra isə Bakıda qarşılaşacaq.

 


Etiketlər:  Qarabağla oyunlar üçün 25 futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ