Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmən məmurlarının Şuşada işi ancaq villalar tikdirmək idi

Düşmən məmurlarının Şuşada işi ancaq villalar tikdirmək idi

Tarix: 30 Avqust 2021 17:09

"Vətən müharibəsindən qalib ayrılmağımızdan sonra Azərbaycanın siyasi və ictimai həyatında əlamətdar günlərin sayı bitib-tükənmir".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Molla Pənah Vaqifin məqbərəsi bu gün dövlət başçımızın prinsipiallığı nəticəsində yenidən dirçəldildi:

"Biz tarixi ədaləti bərpa etmişik, Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır. Heç şübhəsiz ki, bu Qələbə Ali Baş Komandanın illər ərzində yürütdüyü çoxşaxəli fəaliyyətin və qəhrəman əsgər, zabitlərimizin canı, qanı bahasına başa gəldi. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən mesajlar xalqımız, mədəniyyətimiz üçün olduqca həssas olan bir məkandan verildi. Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündən Vaqif Poeziya Günlərinin açılışı zamanı səsləndirilən fikirlər xalqımızın qəlbindən xəbər verir. 

Tarixi faktdır ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Məhz onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də çox soyuq bir havada məqbərənin açılışı olmuşdu. Bununla da ulu öndərin iradəsi və qətiyyəti nəticəsində Şuşanın erməni şəhəri kimi qələmə verilməsinin qarşısı alındı. 

Bu məqbərə bu gün dövlət başçımızın prinsipiallığı nəticəsində yenidən dirçəldildi. Azərbaycan dövləti, xalqı illər ərzində işğalla barışmadığı kimi bütün tarixi və mədəni abidələri də bərpa edəcək. Biz tariximizə sahib çıxırıq, onu gələcək nəsillərə ötürürük. Bu baxımdan da torpaq təəssübkeşliyi çəkən dövlət və xalq olaraq əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşanın 270-ci ildönümünü gələn il təntənəli şəkildə qeyd edəcəyik. Çünki biz torpağımızı mənasız danışıqlarla yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəştlə yox, qanımız, canımız bahasına geri aldıq. Lakin mənfur düşmənin məmurları orada villalar tikdirməkdən başqa bir iş görmürdülər. Özlərinin olmayan torpağın, tarixin abidənin öz sahibinə qayıdacaqlarını yaxşı dərk edirdilər.

Düşmən bulaqları qurutdu, biz isə su çəkirik, düşmən yolları dağıtdı, biz yol çəkirik, o torpaqlara yeni həyat veririk. Görülən işlər sübut edir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar". 

Təhməz Əsədov


Etiketlər:  Düşmən məmurlarının Şuşada işi ancaq villalar tikdirmək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ