Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən “bahalı” tennisçilərinin adları açıqlandı

Dünyanın ən “bahalı” tennisçilərinin adları açıqlandı

Tarix: 31 Avqust 2021 11:46

"Forbes" jurnalı 2021-ci ildə ən çox qazanan tennisçilərin adlarını açıqlayıb.

Siyahının tərtib olunmasında ABŞ Açıq Çempionatından başlayaraq tennisçilərin son 12 aydakı gəlirləri nəzərə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, reytinqdə ilk pilləni isveçrəli Rocer Federer tutub. O, son 12 ayda 90.6 milyon dollar qazanıb ki, bunun da yalnız 600 mini turnirlərin mükafat fondundan əldə edilib.

İkinci yeri 60.1 milyon dollarla Naomi Osaka, üçüncü pilləni isə 41.8 milyon dollar qazanan Serena Uilyams tutub. Onların gəlirlərinin, müvafiq olaraq 55 və 40 milyon dollarını kortxarici qazanc təşkil edib.

Həmçinin ilk "beşliy"ə Novak Cokoviç (38 milyon dollar) və Rafael Nadal (27 milyon dollar) daxil olub.


Etiketlər:  Dünyanın bahalı tennisçilərinin adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ