Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 11:54
Rusiyanın Azərbaycan əsilli populyar müğənnisi Jony (Cahid Hüseynli) Tatarıstanda karantin qaydalarını kobud şəkildə pozub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, MDB-nin ulduzu Naberejnıye Çelnı (Yar Çallı) şəhərinin Pribrejni parkında izdihamlı konsert verib.
Musiqili gecə Tatarıstanın Respublika Gününə həsr olunub.
Konsertdə 100 mindən çox insan iştirak edib.
Tədbirin görüntüləri sosial şəbəkələrdə paylaşılıb, ifaçı və təşkilatçılar tənqid edilib. Qeyd olunub ki, son bir həftədə Rusiyada koronavirusdan ölən və yoluxanların sayı xeyli artıb. Lakin buna baxmayaraq 500 nəfərlik konsert qaydası pozulub və maska, sosial məsafə tələblərinə riayət edilməyib.