Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 16:00
Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova koronovirus infeksiyasına yoluxub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni sağaldığını bildirib. O qeyd edib ki, xəstəliyi çox ağır keçirib:
"Hər qaranlıq gecənin bir işıqlı sabahı da var imiş. Çox şükür bu günümüzə. Özünüzü qoruyun. Hər dəqiqənin, saniyənin qədrini bilin. Buralarda deyildim, uzaqlarda idim. Allah heç birimizin yolunu tikanlı tərəfə salmasın. Mən də yarıya qədər getdim. Dedilər, burada sənə yer yoxdur"